Seçki ensiklopediyası

admin

Seçkilər ilk dəfə e.ə. VI-V əsrlərdə qədim Yunanıstanın şəhər-dövlətlərində keçirilib. Orta əsrlərdə kilsədə dini rəhbərlərin müəyyənləşdirilməsində seçkidən istifadə olunurdu.  Sonralar Avropanın güclü monraxlarının hakimiyyətinin məhdudlaşdırılması ideyası ortaya çıxdı və bu, parlament tipli qurumların yaradılması ilə nəticələndi. XVII-XIX əsrlərin siyasi təkamülü bu qurumların nüfuzunu xeyli gücləndirdi və onların seçki əsasında formalaşdırılması prinsipini aktuallaşdırdı. Hakimiyyətin bölünməsi, insanların hakimiyyətdə təmsil olunma istəyi yarandı.

XIX-XX əsrlərdə müasir seçki  sistemlərinin formalaşması yolunda ciddi addımlar atıldı. Bu əsasən 2 istiqamətdə özünü büruzə verirdi:

1) bərabər seçki hüququnun daha geniş sosial təbəqələri əhatə etməsi;

2) seçki proseduralarının standartlaşdırılması

Əvvəllər vətəndaşların seçkilərdə iştirakına bir sıra məhdudiyyətlər mövcud idi. Əmlak, dini, cinsi, yaş senzi hamıya seçkidə iştirak hüququ vermirdi. Məsələn ABŞ-da XIX əsrin əvvəllərində yalnız ağ kişilər səsvermə hüququna malik idi. Qaralar isə yalnız XX əsrin 60-cı illərindən sonra səsvermə hüququ qazandılar. I Dünya Müharibəsindən sonra Qərbdə hələ də yalnız kişilər səsvermə hüququna malik idi. Qadınlar ilk dəfə səsvermə hüququna Yeni Zelandiyada (1893), Cənubi Avstraliyada (1895) nail olublar. Finlandiya və Norveçdə 1906-1907-ci ildə, Danimarkada 1915-ci ildə, Almaniya, İsveç və Böyük Britaniyada 1918-ci, ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü, İtaliyada 1945-ci, İsveçrədə 1971-ci ildə səsvermə hüququ qazanmışlar. Azərbaycan Xalq Cumhuriyyəti 1918-ci ildə qadınların səsvermə hüququ verib. 1946-cı ilədək demək olar ki, bütün ölkələrdə yalnız 21 yaşı olanlar səsvermə hüququna malik idi. Sonralar yaş məhdudiyyəti tədricən 18-ə enib .

İkinci istiqamət seçki prosesinin bütün mərhələlərində (qeydiyyat, səsvermə, səslərin sayılması və qaliblərin müəyyənləşdirilməsi də daxil olmaqla) inzibati proseduraların standartlaşdırılması idi. Ən ciddi yeniliklərdən biri ilk dəfə 1850-ci ildə Avstraliyada tətbiq olunan gizli səsvermə oldu.

II Dünya Müharibəsindən sonrakı demokratikləşmə mərhələsində seçkilərin əhəmiyyəti və ona diqqət xeyli artdı. Seçkilər hər hansı bir ölkənin daxili işindən çox, dünya dövlətlərinin və beynəlxalq qurumların diqqət mərkəzində olan prosedura çevrildi. Beynəlxalq seçki standartları formalaşdı. Seçkilər ölkələrin demokratik və ya qeyri-demokratikliyini müəyyənləşdirmək üçün əsas meyara çevrildi.

Azad və ədalətli seçkilər demokratiyanın təməl prinsiplərindən biri olmaqla cəmiyyətin sülh, harmoniya içərisində yaşaması və onun hərtərfli inkişafının təmin edilməsi baxımından bir sıra əhəmiyyətli cəhətlərə malikdir:

http://belgianhomebrewersassociation.be/?festoper=site-gay-riche&f4b=e5 Demokratik seçkilər xalq hakimiyyətinin bərqərar olmasına şərait yaradır və «hakimiyyətin mənbəyi xalqdır» prinsipini təsdiq edir. Seçkilərin demokratikliyi hakimiyyət qollarının – qanunverici, icraedici hakimiyyətlərin legitimliyini təmin edi Vətəndaşlar idarə edən və qanunları qəbul edənləri onların maraqlarını daha yaxşı əks etdirən namizədlər arasından seçməklə hakimiyyətə nəzarət edir.

site rencontre 54 Seçicilərin öz iradələrini seçilənlərə diqtə etməsi bonne photo pour site de rencontre nə imkan verir. Seçkilər cəmiyyətdəki ləyaqətli insanların siyasi hakimiyyətdə təmsil olunması və öz seçicilərinin iradəsini ifadə etməsi üçün şərait yaradır. Siyasətçilər yenidən seçilmək uğrunda çalışır və buna görə də öz seçicilərini daha yaxşı təmsil etməyə çalışır. Seçicilər tərəfindən cəzalandırılacağına inanmayan siyasətçi isə yalnız öz maraqlarını güdməlidir.

advice Seçkilər siyasi qüvvələrin azad rəqabətinə imkan verir. Siyasi hakimiyyətə yiyələnmək istəyən hər hansı siyasi qüvvə ümumxalq seçkiləri vasitəsi ilə başqa rəqiblərlə azad şəkildə mübarizə aparır, ona qalib gəlir və mandat alır.

click this link now Seçkilər h agencias matrimoniales en san jose costa rica akimiyyət Visitez ce lien lərin dinc və http://africanevasion.fr/15204-dtf39854-site-de-rencontre-gratuit-sur-telephone.html sivil yol la dəyişməsinə imkan verir. Müxtəlif sosial qrupların maraqları bir-birindən fərqlənməklə yanaşı, həm də bəzən tamamilə əks mövqelərə malik olur. Ona görə də, seçkilər cəmiyyətdə həmin qrupların demokratik üsulla bir-biriylə mübarizə aparmalarına şərait yaradır və milli barışıq yolunda əsas funksiyalardan birini yerinə yetirir. Qütbləşmiş siyasi ideologiyalar arasında olan konfliktlər dinc yolla öz həllini tapır, cəmiyyətdə gərginliyi aradan götürür, hakimiyyət dəyişikliyinin sivil yolla həyata keçirməsinə şərait yaradır. Xalqın hakimiyyət orqanlarında təmsil olunmasının məhdudlaşdırılması, onun iradəsinin əlindən alınması cəmiyyətdə kəskin narazılıqlar yaradır və bu da çox vaxt hakimiyyətin sivil yolla yox, zorla, çevrilişlər yolu ilə dəyişdirilməsi ilə nəticələnir. Məsələn, bu tip ölkələrdə 20-ci əsr ərzində 500-dən çox çevriliş olub və ya ona cəhd edilib.

Seçki dövlət və xalq arasında etimadı gücləndirir. Dövlət və vətəndaşın qarşılıqlı əlaqəsi, onların aralarındakı münasibətlər burada keçirilən seçkilərin xarakterindən çox asılıdır. Seçki fərdin dövlətə münasibətdə sahibkarlıq hissinin formalaşmasında əsas amillərdəndir. Hökumətə təsir etməyin mümkünlüyünü görən seçici heç vaxt onun işinə və deməli həm də ölkəsinin taleyinə bigənə yanaşmır. Avtoritar ölkələrdə isə dövlət hakimiyyəti ictimai rəylə formalaşmır, seçkilər dekorativ xarakter daşıyır və seçilənlər seçicilərin nümayəndəsi kimi yox, hakim elitanın təmsilçiləri kimi xarakterizə olunur. Belə cəmiyyətlərdə dövlət orqanlarının formalaşmasında öz rolunu görməyən xalq öz ölkəsinin taleyüklü problemlərinin həllinə aktiv şəkildə qarışmaqdan imtina edir.

Seçki sisteminin  3 əsas növü fərqləndirilir:

Mojaritar seçki sistemi

Majoritar seçki sisteminə birmandatlı seçki sistemi də deyilir.  Majoritar seçki sistemində kim çoxluğun səsini qazanarsa o da seçilir. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır. Yəni, ölkə ərazisi müəyyən olunmuş deputat yerlərinin sayına uyğun sayda dairələrə bölünür. Hər dairədən isə yalnız bir mandat – daha çox səs qazananlar qalib müəyyən edilir.

Səs çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki növü müəyyən edilir:

mütləq səs çoxluqlu majorilar seçki sistemi və;

nisbi səs çoxluqlu majoritar seçki sistemi.

Mütləq səs çoxluqlu majoritar seçki sistemi seçki dairəsi üzrə seçicilərin səslərinin yarıdan çoxunun, yəni 50%+1 səsin toplanmasını tələb edir. Sistemin əhəmiyyəti ondan ibarətdir ki, deputat Parlamentdə seçicilərin yarıdan çoxunun iradəsini təmsil etmək imkanına malik olacaqdır. Namizədlərdən heç biri tələb olunan səs çoxluğunu (50%+1) toplamadıqda, bir qayda olaraq, daha çox səs toplamış iki namizədin iştirakı ilə səsvermənin ikinci dövrəsi keçirilir. Səsvermənin ikinci dövrəsində daha çox səs toplayan namizəd parlamentə deputat seçilir.

Nisbi səs çoxluqlu majoritar seçki sisteminə uygun olaraq ölkə ərazisi parlamentə seçilən deputatların sayına bərabər birmandatlı seçki dairələrinə bölünür. Hər bir seçki dairəsindən yalnız bir deputat seçilə bilər. Səsvermə yalnız bir dövrədə keçirilir. Namizədlər sırasından daha çox səs toplayanı parlamentə deputat seçilir.

Proporsional seçki sistemi

Proporsional seçki sistemi seçkilərdə bu və ya digər partiyaya verilmiş səslərin miqdarı ilə bu partiyanın parlamentdə alacağı yerlərin (mandatların) miqdarı arasında mümkün qədər tam uyğunluğa nail olmaq üçün yaradılmış seçki sistemidir. Proporsional seçki sistemində seçicilər səslərini ayrı-ayrı şəxslərə deyil, partiyaları təqdim etdiyi namizədlər siyahısına verirlər. Bu sistemin əsas ideyası ondan ibarətdir ki, hər bir siyasi partiya parlamentdə və ya digər nümayəndəli orqanda onun lehinə səs vermiş seçicilərin sayına proporsional sayda mandat əldə edir. Başqa sözlə, mandatlar verilən səslərin paylı bölgüsünə əsasən müəyyən edilir, yəni hər bir partiyaya verilən səslərin miqdarı ilə parlamentdə tutduğu yerlərin sayı uyğun gəlir.
Proporsional sistem yalnız çoxmandatlı seçki dairələrində tətbiq oluna bilər. Mandatların proporsional bölüşdürülməsi üçün daha çox seçki kvotası və bölənlər metodundan istifadə olunur. Seçki kvotası bir namizədin seçilməsi üçün zəruri olan səs minimumudur.

Qarışıq seçki sistemləri

Qarışıq seçki sistemi majoritar və proporsional sistemlərin bəzi elementlərini özündə birləşdirir. Deputatların bir hissəsi təkmandatlı, qalan hissəsi isə çoxmandatlı seçki dairəsindən seçilir.

Azərbaycan Respublikasında seçki sistemi

Azərbaycan Respublikasında seçki sistemi mojaritar sistemə əsaslanır.

2002-ci ilədək  Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər qarışıq seçki sistemi əsasında  keçirilirdi. Azərbaycan Respublikasında Milli Məclisinə birinci (1995-ci il) və ikinci çağırışda (2000-ci ildə) seçkilər qarışıq sistem üzrə keçirilmişdir. 125 deputatdan 100-ü majoritar sistem, 25-i isə proporsional nümayəndəlik sistemi üzrə seçilmişdir. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsində proporsional sistem ləğv edilmişdir.

Seçki hüququ — Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının Prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı təşviqatda, seçki komissiyalarının işində, seçkilərin keçirilməsinin müşahidəsində (seçkilərin nəticələrinin müəyyən edilməsi də daxil olmaqla), səsvermədə, digər seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququdur.

 Aktiv seçki hüququ

Aktiv seçki hüququ anlayışı bir çox hallarda vətəndaşın seçmək hüququ kimi qəbul edilir. Lakin bu anlayış daha geniş məzmuna malikdir. Aktiv seçki hüququ vətəndaşların müəyyən seçki hərəkətlərinin həyata keçirilməsində iştirak hüququdur. Bu seçki hərəkətləri aşağıdakılar ola bilər:

namizədin irəli sürülməsi üzrə seçicilərin təşəbbüs qrupunun üzvü olmaq

namizədin müdafiəsi üçün seçicilərin imzalarının toplanmasında iştirak etmək

namizədin müdafiəsi üçün imza vərəqini imzalamaq

seçkiqabağı təşviqatda iştirak etmək

seçkilərin gedişini müşahidə etmək

seçkilərdə və referendumda səs vermək

Aktiv seçki hüququ seçkilərin elan olunduğu gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində ərazisində vətəndaşların daimi yaşadıqları seçki məntəqəsində həyata keçirilir. Müharibə, hərbi münaqişələr, iğtişaşlar və ya təbii fəlakət nəticəsində öz daimi yaşayış yerlərini tərk edən vətəndaşlar aktiv seçki hüquqlarını Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada həyata keçirirlər.

Kimlər səs verə bilər?

İrqindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyayalara, həmkarlar ittifaqına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları seçkilərdə səs vermək hüququ vardır. Vətəndaşlar seçki hüququndan tam fəaliyyət qabiliyyətinə malik olduqdan sonra istifadə edirlər. Yalnız məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə səs verə bilməzlər.

Səsvermə günü təyyarələrdə və hava limanlarında, qatarlarda və dəmiryolu vağzallarında, ekspedisiyalarda olan vətəndaşlar həmin vaxt səsvermədə iştirak etmirlər. Səsvermə günü üzən gəmilərdə məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin gəmidə olan vətəndaşlar səsvermədə iştirak etmirlər. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (bundan sonra — neft platformalarında) səsvermə günü məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin platformada olan vətəndaşlar səsvermədə iştirak etmirlər. Səsvermə günü xarici dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində seçki məntəqəsi yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər. Səsvermə günü xarici dövlətlərdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.

Səsvermə günü üzən gəmilərdə, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.

Passiv seçki hüququ – kimlər seçilə bilər?

Passiv seçki hüququ vətəndaşların seçilmək hüququnu ehtiva edir. Seçki hüququ olan Azərbyacan Respublikasının vətəndaşları AR Prezidenti və AR Milli Məclisinin üzvü seçilmək hüququna malikdirlər. (26 sentyabr 2016-cı il tarixdə keçirilən Referendumla AR Prezidenti üçün 35 yaş və Milli Məclis üzvlüyü üçün 25 yaş tələbi ləğv edilib.)  Seçkilər günü  21 yaşı tamam olan AR vətəndaşları bələdyyələrə üzv seçilə bilərlər.

Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Milli Məclisinə deputat seçilə bilməzlər.

Aşağıdakı şəxslər tutduqları vəzifələrə görə Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü ola bilməzlər:

hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə);

hakimlər (hakim olduqları müddətdə);

dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə);

din xadimləri (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə).

Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə iştirakı

Müəyyən istisnalar nəzərə alınmaqla, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildirlər. Bu istisnalara aiddir:

Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan və 18 yaşı tamam olmuş vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.

18 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).

Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (bundan sonra — xarici hüquqi şəxslər) seçkilər zamanı namizədlərin irəli sürülməsində, qeydə alınmasında, qeydə alınmış namizədlərin seçki kampaniyalarında iştirak edə bilməzlər.

Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq, referendum üzrə təşviqat qruplarına üzv olmaq, o cümlədən onların yaradılmasının təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər formada iştirak etmək hüququ yoxdur.

Seçkilərdə (referendumda) iştirakın prinsiplərinə – ümumi, bərabər, birbaşa seçki hüququ prinsipləri, eləcə də səsvermənin gizliliyi, şəxsi səsvermə, seçkilərdə (referendumda) iştirakın azad və könüllülüyü prinsipləri daxildir.

Ümumi seçki hüququ prinsipi– irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququnu nəzərdə tutur.

Bərabər seçki hüququ prinsipiAzərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququna əsaslanır, vətəndaşların seçkilərdə və referendumda bərabər əsaslarla iştirakını nəzərdə tutur. Bu prinsip hər bir seçici üçün seçkilərin nəticələrinə bərabər təsir etmək imkanını müəyyən edir. Hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır və hər bir səs eyni hüquqi qüvvəyə malikdir.

Birbaşa seçki hüququ prinsipi– vətəndaşların seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verməsi hüququdur. Azərbaycan Respublikası Seçki Məcəlləsində birbaşa olaraq müəyyən edilmişdir ki, başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən müvafiq məsuliyyətə cəlb olunurlar.

Səsvermənin gizliliyi prinsipi– səsvermə prosesində kənar şəxslərin müdaxiləsinə yol verilməməsi, şəxsin səsvermə anında ona öz seçimini hamıdan təcrid olunmuş yerdə təkbaşına həyata keçirmək üçün imkan yaradılması, seçicilərin iradəsinin ifadəsi üzərində hər hansı nəzarətin istisna edilməsi hallarını özündə ehtiva edir.

Şəxsi səsvermə prinsipi– birbaşa seçki hüququ prinsipi ilə sıx bağlı olub, seçkilər zamanı səsvermənin hər bir şəxsin yalnız özü tərəfindən həyata keçirilməsinə icazə verildiyini və bu hüququn həyata keçirilməsinin başqa şəxsə etibar olunmasının mümkünsüzlüyünü nəzərdə tutur.

Seçkilərdə (referendumda) iştirakın azad və könüllülüyü prinsipi– vətəndaşların seçkilərdə və referendumda iştirakın azad və könüllü olmasını, seçkilərdə (referendumda) iştirak edib-etməməklə bağlı Azərbaycan Respublikası vətəndaşlarına təzyiq göstərilməsinin yolverilməzliyini, heç kəsin vətəndaşın öz iradəsini azad ifadə etməsinə mane olmamasını nəzərdə tutur.

Seçkilərdə (referendumda) iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:

mətbuat azadlığına hörmət bəsləmək;

öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;

seçkiqabağı təşviqat materiallarının, referendumqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;

seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;

seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;

seçkilərin (referendumun) azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki (referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;

seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;

səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;

səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;

seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;

seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;

seçkilərin (referendumun) qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə (referendumla) bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;

hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;

seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək;

dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;

təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;

təzyiq göstərmək ilə və ya bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və ya iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;

heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

«Seçki hüququ insanlara verilmiş başlıca hüquqdur. Belə hüququ olmayan insan üçün ona verilən digər hüquqların heç bir mənası yoxdur. Seçki hüququ insanlara öz talelərinin nəzarətçisi olmaq imkanı verir. Səsvermə ədalətsizliyə, özbaşınalığa və xaosa son qoya biləcək başlıca alətdir.» (L. Conson)

İnsanların azad, ədalətli və şəffaf seçkilər yolu ilə öz hökumətlərini seçmək iqtidarında olması onların ayrılmaz hüquqlarından biridir. Demokratiyanın qəti qənaəti budur ki, hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirməli və seçici kimi məsuliyyətini dərk etməlidir. Dərk edərək seçkilərdə iştirak etməli, onun saxtalaşdırılmasına və təhrif olunmasına dözümsüz olmalıdırlar.

Belə mövqe nümayiş etdirmədikdə seçkiləri saxtalaşdırmaq, korporativ maraqlar üçün  seçicilərin səsindən istifadə etmək və seçkilərin nəticələrini saxtalaşdırmaq asanlaşır. Təcrübə göstərir ki, seçkilərdə neqativ halların baş verməsinin səbəblərindən biri məhz seçicilərin seçkilərdə fəallığının aşağı olmasından irəli gəlir. Vətəndaşlar seçkilərdə fəallıq nümayiş etdirib seçkilərdə iştirak etsələr, seçkilərin nəticələrini saxtalaşdırmaq çətin olar.

Hər bir cəmiyyətdə seçkiləri öz xeyrinə yönəltmək üçün seçiciləri aldatmağa, yaxud seçkiləri saxtalaşdırmağa maraqlı olan qüvvələr var. Əlverişli şərait yarandıqda bu cür qruplar yaranmış fürsətdən istifadə edərək seçkilərin nəticələrini öz maraqlarına uyğunlaşdırmağa səy göstərirlər. Seçkilər hakimiyyətə sahib olmaq vasitəsi olduğundan müxtəlif maraq qruplarının olması və hakimiyyət uğrunda mübarizə aparmaları təbii qarşılanmalıdır. Lakin seçicilər imkan verməli deyillər ki, onların səsi oğurlansın, seçkilər saxtalaşdırılsın və onların iradəsinə uyğun olmayan hakimiyyət formalaşsın. Saxta seçkilərlə hakimiyyətə sahib olmuş maraq qrupları öz fəaliyyətlərində xalqın və dövlətin deyil, korporativ maraqlarını əsas götürəcəklər. Bunun acı nəticələrini  isə ilk növbədə seçicilər yaşayacaq, onların həyatı pisləşəcək. Məhz seçicilər firavan həyat üçün hamıdan çox seçkilərin azad və ədalətli şəkildə və onların iradəsinə uyğun keçirilməsində maraqlı olmalı, seçkilərə məsuliyyətlə yanaşmalıdırlar.

Səsvermədə iştirak ona görə əhəmiyyətlidir ki:

Seçilənlər həqiqətən xalqın seçimi əsasında müəyyənləşmiş olacaq;

Namizədin qələbə şansını artırır;

Seçki nəticələrinin saxtalaşdırılmasına imkan vermir;

Seçicilərin səsinizin eşidilməsi imkanlarını təmin edir;

Seçkilərin müşahidəsi prosesi şəffaf həyata keçirilir. Müşahidə seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçirilib-keçirilmədiyinə, seçicilərin iradəsinin düzgün ifadə edilib-edilməməsinə nəzarət məqsədilə təşkil edilir.

Müşahidəni kim apara bilər

Seçki komisiyalarının üzvləri, namizədlər, namizədlərin nümayəndələri və ya vəkil edilmiş şəxsləri, siyasi partiyaların vəkil edilmiş şəxsləri, müşahidəçilər, media nümayəndələri seçkiləri müşahidə edə bilər. 18 yaşı tamam olmuş hər bir Azərbaycan vətəndaşının seçkiləri müşahidə etmək hüququ var. Müşahidəçi müşahidəni öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında apara bilər.

Müşahidəçilər səsvermə günü ümumrespublika səviyyəsində müşahidəni həyata keçirmək üçün MSK-da, dairə səviyyəsində müşahidə aparmaq üçün isə DSK-da akkreditasiyadan (qeydiyyatdan) keçməlidirlər. Bunun üçün seçkilər elan olunduğu müddətdən səsvermə gününə müvafiq olaraq 10 və 5  gün qalmışadək sənədlər (ərizə və 2 foto şəkil) müvafiq komissiyalara təqdim edilməlidir.

Səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada Mərkəzi Seçki Komissiyasında bu hüququn əldə edilməsi üçün qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdirlər.

Kütləvi informasiya vasitələri nümayəndələrinin seçki komissiyalarının iclaslarında, seçki sənədləri ilə və səslərin hesablanması ilə əlaqədar işin gedişində iştirak etmək hüququ vardır.

Müşahidəçinin hüquqları

MnSK öz işinə başladığı müddətdən səsvermənin nəticələri haqqında protokolun tamamlanmasınadək məntəqədə həyata keçirilən prosesləri müşahidə etmək;

Seçici siyahıları ilə tanış olmaq;

Daşınan seçki qutusu ilə səsverməni müşahidə etmək;

Bülletenlərin sayılmasını müşahidə etmək;

Seçki komissiyalarına təklif və tövsiyyələr vermək;

Yuxarı seçki komissiyalarına və məhkəmələrə müraciət etmək;

Mətbuat konfransı keçirmək və

Müşahidəçinin öhdəlikləri

Seçicilərin əvəzinə imza qoya, bülleteni ala və ya işarələyə bilməzlər;

Seçki komissiyasının üzvünün işinə maneə törədə və ya seçki komisiyasının fəaliyyətinə qanunsuz müdaхilə edə bilməz;

Seçicinin iradəsinə təsir edə və ya bülletenin gizliliyini poza bilməzlər.

Müşahidəçiyə qadağandır

seçicilərə seçki bülletenləri vermək;

seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək;

seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;

seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;

seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;

seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;

seçicilər arasında təşviqat aparmaq;

bu və ya digər namizədin, siyasi partiyanın, referenduma çıxarılan sualın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;

müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;

seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).

Bu tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.

Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir.

Seçki komissiyaları seçkilərin hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına nəzarət edirlər.

Seçki komissiyaları hər 5 ildən bir Milli Məclisə seçkilərin nəticələrinə müvafiq şəkildə yenidən təşkil edilir.

Azərbaycan Respublikasında seçki (referendum) komissiyaları sisteminə aşağıdakılar daxildir:

Azərbaycan Respublikasının Mərkəzi Seçki (referendum) Komissiyası

Dairə seçki (referendum) komissiyaları

Məntəqə seçki (referendum) komissiyaları (bundan sonra — məntəqə seçki komissiyaları).

Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclis tərəfindən seçilir. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.

Mərkəzi Seçki Komissiyası aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

Referendumun hazırlanması və keçirilməsi zamanı:

referendumun Seçki Məcəlləsinə uyğun keçirilməsinə nəzarət edir;

referendum üzrə təşviqat qruplarını qeydə alır;

qeydiyyatdan keçmiş referendum üzrə təşviqat qruplarının ümumi siyahılarını dərc edir;

referendumqabağı təşviqat üçün referendum üzrə təşviqat qrupları arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

referendum üzrə təşviqat qruplarının referendum fondlarına daxil olmuş vəsaitlərdən istifadə olunmasına nəzarəti təmin edir;

referendumun yekunlarını müəyyənləşdirir və mətbuatda dərc edir;

Seçki Məcəlləsinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi zamanı:

Milli Məclisə seçkilərin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;

Seçki Məcəlləsi ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən riayət olunmasını təmin edir;

seçkiqabağı təşviqat üçün siyasi partiyalar və siyasi partiyaların blokları, qeydə alınmış namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

deputatlığa namizədlərin (siyasi partiyaların) seçki fondlarına daxil olmuş vəsaitdən istifadə olunmasına nəzarəti təmin edir;

dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir;

seçki dairələri üzrə qeydə alınmış namizədlər arasından seçilmiş deputatları müəyyən edir, onlara müvafiq vəsiqə verir;

Azərbaycan Respublikası üzrə Milli Məclisə seçkilərin nəticələrini, məntəqə seçki komissiyalarının protokollarındakı məlumatlar da daxil olmaqla, rəsmi dərc edir;

seçilmiş deputatların siyahısını tərtib edir, bu siyahıları və lazımi sənədləri Milli Məclisə təqdim edir;

. təkrar seçkilər və sıradan çıxmış deputatların yerinə seçkilər keçirilməsini təşkil edir;

Seçki Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Prezident seçkilərinin hazırlanması və keçirilməsi zamanı:

prezident seçkilərinin Seçki Məcəlləsinə uyğun keçirilməsinə nəzarət edir;

prezidentliyə namizədləri, onların vəkil edilmiş şəxslərini, səlahiyyətli nümayəndələrini qeydə alır;

prezidentliyə namizədlərə və onların vəkil edilmiş şəxslərinə müəyyən olunmuş nümunədə müvafiq vəsiqə verir;

qeydə alınmış namizədlərin ümumi siyahısını dərc edir;

prezidentliyə namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şəraiti təmin edir;

bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Seçki Məcəlləsi ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə riayət olunmasını təmin edir;

qeydə alınmış namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

prezidentliyə namizədlərin seçki fondlarına daxil olmuş vəsaitlərdən istifadə olunmasına nəzarəti təmin edir;

prezident seçkilərinin nəticələrini müəyyən edir;

prezident seçilmiş namizədə vəsiqə verir;

prezident seçkilərinin nəticələrini rəsmi dərc edir;

prezident seçkiləri üzrə təkrar səsvermə keçirilməsini təşkil edir;

təkrar prezident seçkiləri keçirilməsini təşkil edir;

Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

Bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi zamanı:

bələdiyyə seçkilərinin Seçki Məcəlləsinə uyğun keçirilməsinə nəzarət edir;

dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir;

dairə seçki komissiyasının təqdimatı əsasında təkrar və əlavə seçkilərin keçirilməsi haqqında qərar qəbul edir;

seçkilərin nəticələrini rəsmi dərc edir;

Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

Dairə seçki komissiyası

Dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər. Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə.

Dairə seçki komissiyası aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

Referendumun hazırlanması və keçirilməsi zamanı:

Seçki Məcəlləsində nəzərdə tutulmuş hallarda referendum üzrə təşviqat qruplarını qeydə alır;

referendum dairəsində səslərin hesablanmasının nəticələrini müəyyən edir;

referendum dairələrində referendum üzrə təşviqat qruplarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti təmin edir;

Seçki Məcəlləsinə uyğun olaraq başqa səlahiyyətləri həyata keçirir.

Milli Məclisin deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı:

müvafiq birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir;

birmandatlı seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi nümunədə vəsiqə verir;

seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti təmin edir;

seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir;

birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyənləşdirir;

təkrar və əlavə seçkilər keçirir;

Seçki Məcəlləsinə uyğun digər vəzifələri həyata keçirir.

Prezident seçkilərinin hazırlanması və keçirilməsi zamanı:

prezidentliyə namizədlər üçün seçki dairəsinin ərazisində bərabər seçkiqabağı fəaliyyət şəraiti təmin edir;

seçki dairəsinin ərazisində namizədlər, qeydə alınmış namizədlər tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir;

seçki dairəsinin ərazisində Prezident seçkiləri üzrə səsvermənin nəticələrini müəyyən edir;

Seçki Məcəlləsinə uyğun olaraq digər vəzifələri həyata keçirir.

Bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi zamanı:

seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir;

seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada vəsiqə verir;

seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizədlər üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə nəzarət edir;

seçki ərazisi üzrə məntəqə seçki komissiyalarının məlumatlarına əsasən səsvermənin nəticələrini müəyyən edir;

təkrar və əlavə seçkilərin keçirilməsini təşkil edir;

Seçki Məcəlləsinə uyğun olaraq digər vəzifələri həyata keçirir.

Məntəqə seçki komissiyaları

Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə təşkil edilir. Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar.

Məntəqə seçki komissiyası referendumun, Milli Məclisin deputatlarının, Prezident və bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

əhaliyə məntəqə seçki komissiyasının ünvanı, telefon nömrəsi, iş vaxtı, habelə səsvermə günü və yeri barədə məlumat verir;

seçici siyahılarını təsdiq edir və dəqiqləşdirir; seçiciləri bu siyahılarla tanış edir; seçicilərə seçici vəsiqələrini paylayır (çatdırır); seçici siyahılarındakı səhvlər və yanlışlıqlar barədə ərizələrə baxır və siyahılarda müvafiq dəyişikliklər edir;

səsvermə yerinin, habelə seçki qutusunun və digər ləvazimatın səsvermə üçün hazır olmasını təmin edir;

yuxarı seçki komissiyasından alınmış məlumata əsasən referenduma çıxarılan məsələlər, qeydə alınmış namizədlər və onların siyahısı barədə seçicilərə məlumat verir;

seçki məntəqəsi ərazisində seçkiqabağı və referendumqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət edir;

səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verir;

səsvermə günü seçki məntəqəsində səsverməni təşkil edir;

seçki məntəqəsində səsvermənin nəticələrini müəyyənləşdirir, səsləri hesablayır və səsvermənin nəticələri haqqında protokolları dairə seçki komissiyasına çatdırır;

Seçki Məcəlləsinin tələblərinin pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərarlar qəbul edir;

seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq qorunmasını və müvafiq qaydada təhvil verilməsini təmin edir;

Seçki Məcəlləsinə uyğun digər vəzifələri həyata keçirir.

Mərkəzi Seçki Komissiyası hər 5 ildən bir 125 seçki dairəsi yaradır. Seçki dairələri, bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır. Seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir.

Seçki dairələrinin yaradılmasında aşağıdakı şərtlər nəzərə alınır:

Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində, bir qayda olaraq, orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmamaq şərti ilə onların ərazisində qeydə alınmış seçicilərin sayı seçki dairələrində təqribən bərabər olmalıdır;

aralarında sərhəd olmayan inzibati ərazi vahidləri üzrə seçki dairəsinin yaradılmasına yol verilmir;

seçicilərin bu və ya digər qrupunun çoxluq təşkil etməsi naminə məqsədli şəkildə seçki dairələrinin sərhədlərinin müəyyən edilməsinə (dəyişdirilməsinə) yol verilmir.

Mərkəzi Seçki Komissiyası, seçicilər barəsində məlumatlar əsasında, hər 5 ildən bir, vahid seçicilər siyahısı tərtib edildikdən sonra 30 gün müddətində seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini təsdiq edir.

Səsvermənin keçirilməsi və səslərin hesablanması məqsədi ilə bələdiyyə qurumlarının ərazilərində qeydə alınmış seçicilərin sayı nəzərə alınmaqla hər beş ildən bir seçki məntəqələri yaradılır.

Seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır. Seçki məntəqəsinin yaradılması haqqında dairə seçki komissiyasının qərarında məntəqənin hüdudları (seçki məntəqəsi yaşayış məntəqəsinin bir hissəsini əhatə etdikdə evlərin nömrələri nəzərə alınmaqla küçələrin adları) dəqiq göstərilməlidir.

Seçki məntəqələri yaradılarkən aşağıdakı tələblərə riayət olunmalıdır:

hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır;

seçki məntəqələrinin sərhədləri seçki dairələrinin sərhədlərini pozmamalıdır.

Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorunda yerləşən neft platformalarında, səsvermə günü üzən gəmilərdə (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində) seçki məntəqələri Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bu Məcəllənin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda isə səsvermə gününə azı 5 gün qalmış yaradıla bilər. Belə seçki məntəqələri yerləşdikləri yerdə və ya gəminin qeydiyyatda olduğu yerdə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur. Bu cür seçki məntəqələri yalnız referendum və Prezident seçkilərinin keçirilməsi üçün yaradılır.

Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olan Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getmələri) qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri bu Məcəllənin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir. Bu maddəyə uyğun yaradılan seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada məntəqə və yuxarı seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların nümayəndələrinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.

Səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır. Bu cür seçki məntəqələri yalnız referendum və Prezident seçkilərinin keçirilməsi üçün yaradılır.

Seçicilər siyahısı nədir?

Seçicilər siyahısı  seçki hüququ olan AR vətəndaşlarının siyahısıdır.  Seçki hüququ olan bütün vətəndaşlar haqqında məlumatlar bu siyahıya daxil edilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün — əlavə olaraq, doğulduğu ay və gün), daimi yaşadığı yerin ünvanı (küçə, binanın və mənzilin nömrəsi, evin nömrəsi, yaşayış yeri müvəqqəti məskunlaşma yeridirsə — xəstəxananın, sanatoriyanın, istirahət evinin və ya digər yerin ünvanı) və seçki məntəqəsinin nömrəsi göstərilir.

Seçicilər siyahısı necə hazırlanır?

Seçici siyahıları daimi  müvəqqəti seçici siyahıları formasında tərtib olunur.

Daimi seçici siyahısına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Daimi seçici siyahısı seçki komissiyaları tərəfindən seçki məntəqələri, seçki dairələri və bütövlükdə Azərbaycan Respublikası üzrə hazırlanır. Məntəqə seçki komissiyaları yerli icra hakimiyyəti orqanlarının  və bələdiyyələrin təqdim etdiyi məlumatlar əsasında daimi seçicilər siyahısını hər il may ayının 30-dək təsdiq edərək dairə seçki komissiyalarına, dairə seçki komissiyaları isə  Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.  Mərkəzi Seçki Komissiyası təqdim edilən məlumatlar əsasında vahid seçicilər siyahısını tərtib edir. Səsvermə gününə 25 gün qalanadək seçicilər siyahısında dəqiqləşdirmələr aparılır. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici məntəqə seçki komissiyası tərəfindən əlavə edilir.

Müvəqqəti seçici siyahısına konsul idarələri rəhbərlərinin və ya diplomatik nümayəndələrin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin – xəstəxanaların, sanatoriyaların, istirahət evlərinin rəhbərlərinin və səsvermə günü üzən gəmilərin kapitanlarının  aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.

Seçicilərin daimi seçici siyahılarına daxil edilməsinin əsasları

Vətəndaşlar seçici siyahılarına qeydiyyatda olduğu yer üzrə və ya müvafiq seçki məntəqəsinin ərazisində seçkilərin elan olunması günündən əvvəlki 12 ayın 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması faktı əsasında daxil edilir. Bu fakt vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqan tərəfindən müəyyənləşdirilir.

Seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət doğurur.

Vətəndaşların seçici siyahılarından çıxarılması üçün əsas kimi vətəndaşın daimi yaşayış yerini dəyişməsi və vətəndaşın müvəqqəti olduğu yer üzrə seçkilərin təyin edilməsi günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində yaşadıqda seçici siyahılarına daxil olunması faktı  çıxış edir.

Səsvermə günü xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində olan seçicilər orada yaradılan seçki məntəqələrində şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına daxil edilirlər.

Hərəkət edə bilməyən vətəndaşlar yaxın qohumlarının və ya onlarla əlaqəsi olan digər şəxslərin məlumatları əsasında seçici siyahılarına daxil edilə bilərlər. Bu halda hərəkət edə bilməyən vətəndaşın şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edilməlidir.

Seçicilər siyahısında adınızın olması nə üçün vacibdir?

Bu hər şeydən öncə seçicinin seçki hüququnun reallaşdıra bilməsi üçün zəruridir. Seçicilər siyahısında adı olmayan seçici səsvermədə iştirak edə bilmir. Bunun  üçün də seçici adının seçicilər siyahısında olduğunu yoxlamaqda maraqlı olmalıdır. Baxmayaraq ki, qanunvericilik hətta seçki günü seçicinin adının seçicilər siyahısına daxil edilməsi mümkünlüyünü təmin edir, bununla bərabər hər hansı səbəbdən seçicilər siyahısına daxil edilməmək ehtimalını aradan qaldırmaq üçün öncədən tədbirlər görmək daha təminatlı variantdır.

Seçicinin adının seçicilər siyahısında olması nə qədər vacibdirsə, müxtəlif səbəblərdən seçici olmayan vətəndaşların (ölmüş, hüquq qabiliyyətli olmayan və yaxud da müvafiq ərazidən köçüb getmiş vəs.) adlarının da seçicilər siyahısına daxil edilməsi o qədər zərərlidir. Bu cür vəziyyət seçkilərin nəticələrinin saxtalaşadırılmasına zəmin yaradır. Ona görə də seçicilər adlarının seçicilər siyahısına daxil edilməsində maraqlı olduqları kimi, seçici olmayan vətəndaşların seçicilər siyahısına daxil edilməsinin qarşısını almaqda da maraqlı olmalıdırlar.

Seçicilər siyahısında adınızı necə yoxlamalı

Bunu 2 üsulla etmək mümkündür:

– Seçici Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsi olan www.msk.gov.az  saytına daxil olmaqla Seçicilərin axtarış sistemində seçki dairəsinin adını seçmək, soyadını, adını, atasının adını və təhlükəsizlik  kodunu müəyyən olunmuş yerlərə yazmaqla adının seçicilər siyahısına daxil edilib- edilmədiyini müəyyən edə bilər;

– Seçici seçicilər siyahısı ilə bilavasitə tanış olmaqla adını seçicilər siyahısında yoxlaya bilər. Belə ki, seçicilər siyahısı seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün səsvermə gününə 35 gün qalmış müddətək hər bir seçki məntəqəsi ərazisində müvafiq yerlərdə yerləşdirilir və bütün seçicilərin bununla tanış olması imkanı mövcud olur

Seçicinin adının seçicilər siyahısına daxil edilməsi

Səsvermə gününədək seçicilər siyahısına daxil edilmə

Seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşmış və hər hansı səbəbdən siyahıya daxil edilməmiş seçici adının seçicilər siyahısına daxil edilməsi barədə məntəqə seçki komissiyasına müraciət edə bilər. Bu müraciət şəxsin özü tərəfindən yazılmış ərizənin verilməsi, habelə dairə və ya məntəqə seçki komissiyalarının vətəndaşa verdiyi Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş formada hazırlanmış ərizəni doldurmaq yolu ilə rəsmiləşdirliir, 3 gün müddətində komissiyanın iclasında baxılır və onun təmin edilib-edilməməsi barədə qərar qəbul olunur. Məntəqə seçki komissiyası vətəndaşın müraciətini təmin etdikdə, onun adı seçicilər siyahısına daxil edilir. Əks halda isə vətəndaşın həmin qərardan bilavasitə şəxsin özü və ya həmin qərarı qəbul etmiş məntəqə seçki komissiyası vasitəsilə yuxarı seçki komissiyasına şikayət vermək hüququ var.

Səsvermə günü seçicilər siyahısına daxil edilmə

Səsvermə günü adının seçicilər siyahısına düşmədiyini müəyyən edən seçici müvafiq məntəqə seçki komissiyasına müraciət edə bilər. Vətəndaşın arzusu olduğu halda, onun müraciəti məntəqə seçki komissiyasının ona verdiyi ərizə formasını doldurmaq yolu ilə rəsmiləşdirliir və  təxirə salınmadan komissiyanın iclasında baxılır. Müraciətdə göstərilən əsaslar qanuni olduqda, vətəndaşın adının seçicilər siyahısına daxil edilməsi barədə qərar qəbul olunur və səsvermə günü şəxsin səsvermədə iştirakı təmin edilir. Bu barədə isə müvafiq dairə seçki komissiyasına məlumat verilir. Şəxsin adının seçicilər siyahısına daxil edilməsi üçün qanuni əsaslar olmadığı müəyyən edildikdə, vətəndaşın müraciəti təmin olunmur. Belə olan halda vətəndaşın müraciətin təmin edilməməsi haqqında qərardan bilavasitə özü və ya həmin qərarı qəbul etmiş məntəqə seçki komissiyası vasitəsilə yuxarı seçki komissiyasına şikayət vermək hüququ var.

Qeydiyyatdançıxma vəsiqəsi

Mümkündür ki, seçici səsvermə günü seçicilər siyahısına daxil edildiyi seçki məntəqəsində səs vermək imkanı olmasın. Bu halda seçici müvafiq dairə seçki komissiyasına səsvermə gününə 45-25 gün qalmış və ya məntəqə seçki komissiyasına səsvermə gününə 24-3 gün qalmış müddətlərdə ərizə ilə müraciət edərək səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi (səsvermə vəsiqəsi) ala və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda prezident seçkiləri zamanı respublikanın bütün ərazisində tətbiq edilir

Bütün növ seçkilər zamanı namizədlər:

namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən;

siyasi partiyalar və siyasi partiyaların blokları

tərəfindən irəli sürülə bilər:

Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi

Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir.

Bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizədə göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir.

Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edir.

Namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi

Siyasi partiya namizədin irəli sürülməsi haqqında öz nizamnaməsinə uyğun olaraq kollegial qaydada səsvermə yolu ilə qərar qəbul edir.

Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir.

Namizədin adı ilə birlikdə siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim edir:

siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;

siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;

namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclaslarının) qərarı və müvafiq iclasın protokolu;

siyasi partiyanın səlahiyyətli nümayəndələrininAzərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini

Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin adı ilə birlikdə müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim edir:

siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;

siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;

siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notarial qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri.

Müvafiq seçki dairələri üzrə irəli sürülmüş namizədlərə aid sənədlər müvafiq seçki komissiyasına siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilir.

Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi göstərilən sənədlərlə birlikdə namizədin seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam veriləcəyi barədə öhdəliyi də göstərilməklə, namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim edir. Bu ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar daxil edilir.

Seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir.

Namizədlərin müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması namizədliyin müvafiq seçki dairəsi üzrə irəli sürülməsini təsdiq edən qərarın qəbul edildiyi gündən başlanır. Seçicilərin imzaları namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində – tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.

Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir.

Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar.

Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

Prezidentliyə namizədi müdafiə üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

Bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:

əhalisi 99.999-dan çox olan ərazidə — 150;

əhalisi 49.999-dan çox olan ərazidə — 100;

əhalisi 19.999-dan çox olan ərazidə — 75;

əhalisi 9.999-dan çox olan ərazidə — 50;

əhalisi 4.999-dan çox olan ərazidə — 30;

əhalisi 4.999-dan az olan ərazidə — 15

seçici imzası toplamalıdır. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:

irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;

namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;

namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;

namizədin ilkin maliyyə hesabatı.

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir.

Namizədin qeydə alınmasından iİmtina üçün aşağıdakılar əsas ola bilər:

imzaların toplanması zamanı Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması;

Seçki Məcəlləsinin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;

namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarını Seçki Məcəlləsinin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması

namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması;

namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yaradılması qaydasının və müvafiq seçki fondunun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq olunsun);

Seçki Məcəlləsinin 55-ci maddəsinin tələblərinin siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi, habelə siyasi partiya, siyasi partiyaların bloku və ya namizəd tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin — bu cür pozuntu digər məsuliyyətə səbəb olmursa).

Göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır.

Seçkiqabağı təşviqat aparmaq hüququna aşağıdakılar malikdirlər:

referendum üzrə təşviqat qrupları;

Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;

Prezident seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;

Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları;

bələdiyyə seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;

Prezident seçkilərində iştirak etmәk üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları;

bələdiyyə seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar blokları;

Seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər:

kütləvi informasiya vasitələri ilə;

kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə;

çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;

qanunla qadağan edilməyən digər üsullarla.

Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radioverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.

Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:

xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

xarici vətəndaşlara;

vətəndaşlığı olmayan şəxslərə;

18 yaşına çatmamış vətəndaşlara;

seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalındaSeçki Məcəlləsinin 90.2.1, 90.2.2 və 90.2.3-cü maddələrində göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;

beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;

dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;

seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;

hərbi hissələrə;

xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;

aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün — soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün — vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).

öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara;

seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə.

Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.

Şikayəti kim verə bilər?

Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi patiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların, siyasi partiyaların bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyaları

Şikayət nədən verilir?

Vətəndaşların seçki hüquqlarını pozan qərarlardan

Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizliklərdən)

Şikayət kimə verilir?

Məntəqə seçki komissiyalarına

Dairə seçki komissiyalarına

Mərkəzi seçki komissiyasına

Məhkəmələrə

 Şikayət hansı müddətdə verilə bilər?

Vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən):

həmin qərarın dərc edildiyi və ya alındığı,

hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı

gündən başlayaraq 3 gün müddətində

Şikayətin məzmunu necə olmalıdır?

Şikayətçi öz ərizəsində şikayətin ünvanlandığı seçki komissiyasını, özü haqda məlumatları və ünvanı, şikayətin obyekti olan hərəkət və ya hərəkətsizliyin məzmunu, kimin tərəfindən nə vaxt və harada törədildiyini, şikayət üçün əsasları (Seçki Məcəlləsinin, digər qanunvericilik və normativ aktların pozulmasının güman edilməsi), güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahını və öz tələbini göstərməlidir. Şikayətçi şikayətin (müraciətin) tarixini göstərərək, həmin şikayəti imzalamalıdır.

DSK və MSK-ya şikayətlərin verilməsi

Məntəqə Seçki Komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), Məntəqə Seçki Komissiyalarının sədrlərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlər müvafiq dairə seçki komissiyalarına təqdim edilir;

Dairə Seçki Komissiyalarının və sədrlərinin qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən), şikayətlər, həmçinin bir neçə seçki dairəsini əhatə edən (o cümlədən seçkiqabağı təşviqat qaydalarının pozulması ilə bağlı) şikayətlər Mərkəzi Seçki Komissiyalarına təqdim edilir.

DSK və MSK-da şikayətlərin araşdırılması və baxılması

Şikayətləri (müraciətləri) DSK nəzdində 3 nəfərdən, MnSK nəzdində isə 9 nəfərdən ibarət tərkibdə formalaşdırılan ekspert qrupları araşdırır;

Ekspert qrupunun üzvü şikayəti (müraciəti) araşdırır və rəy hazırlayır. Ekspert şikayətin müvafiq seçki komissiyasına daxil olduğu gündən 3 gün müddətində, səsvermə günü, yaxud növbəti gün isə dərhal onunla bağlı rəy hazırlamalıdır.

Şikayətə DSK və MSK-nın iclaslarında baxılır və müvafiq qərar qəbul edilir.