Səsvermə yeri

admin

Səsvermə seçki məntəqələrində keçirilir. Seçicilər bir qayda olaraq onların daimi yaşadıqları ərazidə yaradılan seçki məntəqələrində səs verirlər. Bunun üçün seçicilərin adlarının həmin məntəqələr üzrə tərtib edilən seçicilər siyahısına daxil edilməsi vacibdir.  Seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində müvafiq seçki məntəqəsinin ərazisində yaşamış olduqda, seçicinin adı həmin məntəqə üzrə seçicilər siyahısına daxil edilir.

Səsvermə günü adının seçicilər siyahısına daxil edildiyi seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq seçki komissiyasından  qeydiyyatdan çıxma vəsiqəsi ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər.