Müşahidəçinin öhdəlikləri

admin

Müşahidəçiyə aşağıdakı hərəkətləri etmək qadağan edilır:

Seçicilərə seçki bülletenləri vermək

Seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək

Seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək

Seçicinin xahişi ilə seçki bülletenini doldurmaq

Seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək

Seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək

Seçicilər arasında təşviqat aparmaq

Bu və ya digər namizədin, siyasi partiyanın, referenduma çıxarılan sualın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək

Müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək

Seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla)

Bu tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.