8 simple ways how to make money in quarantine at home where to invest 10 top 7 ways 10 fast ways the most profitable investment 15 real ways where to invest and make a profit

Müşahidəçilərin akkreditasiyası

admin

Müşahidəçilər seçki prosesini müşahidə hüququnu reallaşdırmaq üçün müəyyən olunmuş qaydada akkreditasiyadan (qeydiyyatdan) keçməlidirlər. Səsvermə günü ümumrespublika səviyyəsində müşahidəni həyata keçirmək üçün MSK-da, dairə səviyyəsində müşahidə aparmaq üçün isə DSK-da akkreditasiyadan  keçmək tələb olunur. Bunun üçün seçkilər elan olunduğu müddətdən səsvermə gününə müvafiq olaraq 10 və 5  gün qalanadək sənədlər (ərizə və 2 foto şəkil) müvafiq komissiyalara təqdim edilməlidir.

Səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada Mərkəzi Seçki Komissiyasında bu hüququn əldə edilməsi üçün qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdirlər.

Kütləvi informasiya vasitələri nümayəndələrinin seçki komissiyalarının iclaslarında, seçki sənədləri ilə və səslərin hesablanması ilə əlaqədar işin gedişində iştirak etmək hüququ vardır. Bunun üçün akkreditasiyadan keçmək tələb olunmur.