Sual-Cavab

admin

Seçkilərdə yalnız 18 yaşı tamam olmuş şəxslərin səsvermə hüququ var. Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər səsvermə hüququndan məhrumdurlar.

Mərkəzi Seçki Komissiyasının rəsmi internet ünvanına daxil olub “Adınızı seçici siyahısında axtarın” aləti ilə adınızın seçici siyahısında olub- olmadığını yoxlaya bilərsiniz.

Adınız seçicilər siyahısında yoxdursa, bunun üçün müvafiq Məntəqə Seçki Komissiyasına müraciət etmək lazımdır. MnSK 3 gün müddətində seçicinin adının siyahıya salınması ilə bağlı qərar verir. Həmçinin, seçki məntəqəsi ərazisində qeydiyyatda olduğunuzu təsdiq edən sənədi təqdim etməklə səsvermə günü də adınız siyahıya daxil edilə bilər.

Səsvermə zamanı şəxsiyyət vəsiqənizi təqdim etdikdə sizə seçki bülleteni verilir. Şəxsiyyət vəsiqəsini əvəz edə bilən digər sənədlər aşağıdakılardır: Zabitin şəxsi vəsiqəsi, əsgərlər üçün hərbi bilet, məcburi köçkünlər üçün köçkün vəsiqəsi.

Prezident seçkiləri zamanı yalnız bir şəxsə səs verə bilərsiniz. Birdən çox namizədin adının qarşısında işarə qoyulmuş və ya boş buraxılmış bülletenlər etibarsız sayılır.

Seçkilər gizli səsvermə prinsipi əsasında keçirilir. Sizin kimə səs verdiyinizi səsvermə zamanı və ya daha sonra müəyyən etmək mümkünsüzdür.

Seçki bülletenini doldurarkən səhv etsəniz, korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verilməsini tələb edə bilərsiniz.

Səsvermə hər bir şəxsin yalnız özü tərəfindən həyata keçirilir və bu hüququn həyata keçirilməsi başqa şəxsə etibar oluna bilməz.

Belə olan halda seçkilər gününə azı 24 saat qalmış Məntəqə Seçki Komissiyasına evdə səs vermə istəyinizi bilavasitə özünüz və ya başqa şəxs vasitəsilə bildirməlisiniz. Səsvermə günü MnSK üzvləri daşınar seçki qutusu ilə yanınıza gəlir və sizə evinizdə səs vermək üçün şərait yaradır.

Əgər prezident seçkiləri günü qeydiyyatda olduğunuz məntəqədə səs vermə imkanınız olmayacaqsa, ərazinizdəki DSK və ya MnSK-dan qeydiyyatdan çıxma vəsiqəsi almaqla ölkənin istənilən seçki məntəqəsində səs verə bilərsiniz.

Şəxsən səsvermə imkanı olmayan seçici MnSK üzvlərindən və müşahidəçilərdən başqa, istənilən vətəndaşa kömək üçün müraciət edə bilər.

Səsvermə hüququ olan hər kəs (yəni, aktiv seçki hüququna malik vətəndaşlar) seçkiləri müşahidə edə bilər. Bunun üçün MSK və ya müvafiq DSK-dan müşahidəçi kimi qeydiyyatdan keçmək lazımdır.