Sayt haqqinda

admin

www.seçkilər.az saytı Avropa Birliyinin maliyyə dəstəyi ilə “Demokratiyanı Öyrənmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanda Azad və Ədalətli Seçkilər üçün Vətəndaş İştirakçılığı” Layihəsi çərçivəsində hazırlanıb. Saytın hazırlanmasında məqsəd seçki prosesi iştirakçılarının seçkilər haqqında məlumatlılığının artırılmasına və vətəndaşların seçkilərdə fəal iştirakına dəstək verməkdən ibarətdir.

Layihə haqqında

Layihənin adı: «Azərbaycanda Azad və Ədalətli Seçkilər üçün Vətəndaş İştirakçılığı»

Donor: Avropa Birliyi

İcraçı təşkilat: «Demokratiyanı Öyrənmə» İctimai Birliyi

Tərəfdaşlar:  

       1. “Maarifpərvərlik“ Azərbaycan Gənclərinin İctimai Yardım Assosasiyası;

       2.“İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri“ İctimai Birliyi  

Layihənin məqsədi:

Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaşların və Vətəndaş Cəmiyyəti Təşkilatlarının səriştələrinin artırılması və səfərbər edilməsi

Hədəf regionlar:

Bakı

Gəncə

Quba

Şirvan

Lənkəran

Kürdəmir

Zaqatala

Mingəçevir

Bərdə

Layihənin vəzifələri:

Seçilmiş bölgələrdə vətəndaşların seçkilər və seçicilərin maarifləndirilməsi prosedurları ilə bağlı biliklərinin artırılması;

Seçicilərin maarifləndirilməsi fəaliyyətlərində iştirak edən VCT-lərin fəaliyyətlərinin səfərbərliyi və əlaqələndirilməsi;

Vətəndaş monitorinqi  yolu ilə seçici siyahılarının dürüstlüyünün təmin edilməsi;

Yerli VCT-lərin seçkilərin müşahidəsi və iştirak bacarıqlarının artırılması;

Prezident seçkilərində mərkəzləşmiş seçki müşahidəsi missiyasının təşkili üçün yerli VCT-lərin mobilizasiyası;

VCT-lər və vətəndaşlar tərəfindən seçkilərin müşahidəsi üçün əlverişli mühitin yaradılması məqsədilə milli vəkillik və lobbiçilik fəaliyyətinin həyata keçirilməsi.

[stm_sidebar sidebar=”0″]