top 10 ways make money right now without investing top 7 methods how to make money in quarantine 15 quick ways how they make money online where can i invest money now top 20 ways top 10 methods how to make money by cheating on the internet
Press Reliz Tədbirlər Xəbərlər

Seçki iştirakçılığı üzrə dəirmi masa

Avropa İttifaqının dəstəyi ilə Demokratiyanı Öyrənmə İctimai Birliyinin icra etdiyi “Azərbaycanda Azad və Ədalətli Seçkilər üçün Vətəndaş İştirakçılığı” layihəsi üzrə 9 may 2018-ci ildə “Seçkilər və ictimai iştirakçılıq” mövzusunda dəyirmi masa keçirilib. 40-a yaxın vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və digər ictimai-siyasi fəalların iştirak etdiyi tədbirdə ekspertlər “QHT-lərin seçkidə iştirak vəziyyəti”, “Seçici baxışları” mövzularında apardıqları araşdırmaların nəticələrini, həmçinin regional seçki iştirakçılığının arıtırılması məqsədilə hazırlanmış strategiya sənədlərini təqdim ediblər.

“QHT-lərin seçkidə iştirak vəziyyəti” ilə bağlı ekspert Nəsimi Məmmədli bildirib ki, tədqiqatın məqsədi ölkə QHT-lərinin seçkilərlə bağlı məlumatlılıq və bacarıqlarını qiymətləndirmək, seçki maarifçiliyi və müşahidəçilik fəaliyyətlərində iştirak imkanlarını, niyyətlərini, həmçinin üzləşdikləri problemlərin mahiyyətini müəyyənləşdirmək  və bu istiqamətdə tövsiyyələr təqdim etmək olub.

Tədqiqat çərçivəsində sahə üzrə ölkə qanunvericiliyi və Azərbaycanın qoşulduğu beynəlxalq təşəbbüslər üzrə öhdəlikləri əsasında hüquqi vəziyyətin qısa təhlili aparılıb, yerli QHT liderləri arasında üzbəüz müsahibələr və ekspert sorğuları təşkil edilib. Daha sonra 45 təşkilatın cavablandırdığı sorğu nəticələri və ekspert rəyləri əsasında gəlinən əsas qənaətlər səsləndirirlib və QHT-lərin seçki praktikasının yaxşılaşdırılması üçün əsas tövsiyələr iştirakçıların müzakirəsinə çıxarılıb.

Gəlinən əsas qənaətlər sırasında ölkə QHT-lərinin seçki proseslərində zəif iştirakı, bu yöndə hüquqi və siyasi mühitin çəkindirici və məhdudlaşdırıcı xarakter daşıması, seçicilərin maarifləndrilməsi və digər sahələrdə QHT-lərin bacarıqlarının artırılması ehtiyacları  qeyd edilib.

Daha sonra “Seçici baxışları-2018“ adlı hesabatın müəllifi Asiman Qocayev 2018-ci il Prezident seçkiləri ərəfəsində ölkənin müxtəlif regionlarında yaşayan və müxtəlif sosial təbəqələri təmsil edən 500 seçici arasında keçirilmiş sorğunun nəticələrini təqdim edib. O bildirib ki, sorğu ümumi seçki prosesinə  seçicilərin yanaşmalarını və məlumatlılğını öyrənmək, onların seçkilərdə iştirak təcrübələri və niyyətlərini müəyyənləşdirmək məqsədi daşıyırdı.

İstər sorğunun gedişatında, istərsə də nəticələrin emalı zamanı gəlinən nəticə ölkədə seçicilərin seçkilərlə bağlı ümidsizliyini, eyni zamanda seçki ilə bağlı ümumi məsələlərdə fikir bildirməkdən ehtiyatlandığını ifadə edir. Araşdırma ayrı-ayrı seçici qruplarının səsvermə davamiyyətinə seçkilərin ədalətli keçirildiyinə inamsızlıq, seçki komissiyaları tərəfindən elan olunan rəsmi nəticələrə etimadsızlıq kimi problemlərin təsir etdiyini ortaya çıxarıb. Eyni zamanda onlar arasında seçkilərdə verdikləri səslərin əhəmiyyətli olmadığı və namizədlərin öz vədləri yerinə yetirmədikləri düşüncəsi yayğındır. Seçicilərin əksər hisəsində seçkilərin pozuntularla müşayiət olunması ilə bağlı şübhələr güclüdür.

“Regional seçki iştirakçılığı strategiyaları”nı ekspert Zaur İbrahimli təqdim edib və sənədin 10 seçki dairəsini əhatə etdiyini bilidirib. Strategiya sənədlərinin və müvafiq fəaliyyət planlarının hazırlanması prosesi haqqında danışan təqdimatçı Şirvan, Lənkəran, Zaqatala, Gəncə, Bərdə, Şəki, Şirvan, İmişli, Quba və Kürdəmir şəhərlərində bütün maraqlı tərəflərin iştirakı ilə seminar/fokus qrup müzakirələri keçirildiyini deyib. Müzakirələr zamanı yerli spesifika öyrənilib, ehtiyaclar qiymətləndirilib, bu vaxta qədər tətbiq olunan praktika barədə məlumat əldə edilib, təklif və ideyalar toplanılıb. Hər bir seminarda regional strategiya sənədinin əsas tezisləri razılaşdırılıb və sənədin hazırlanması üçün yerli fəallardan ibarət işçi qrupları formalaşdırılıb.

Z. İbrahimli bildirib ki, strategiya sənədinin məqsədi daha geniş ictimai iştirakçılığa, dürüstlüyə və şəffaflığa əsaslanan seçki praktikasının formalaşmasına yerli vətəndaş cəmiyyəti qurumlarının töhfələrini artırmaq və bu yöndəki bütün yerli tərəfdaşların qatıldığı əməkdaşlıq prosesini gücləndirməkdir.

Regional seçki strategiyaları ilk növbədə mövcud vəziyyətdə  mümkün olan, reallaşdırıla bilən yanaşma və tədbirləri əhatə edir. Bu tədbirlər hədəf seçki dairəsi ərazilərində geniş təhsil, kitabxana, mədəniyyət infrastrukturundan istifadə olunması, DSK və yerli icra hakimiyyəti orqanları, QHT-lər, təhslil müəssisələrinin sıx əməkdaşlığını nəzərdə tutur. Konsultativ orqanlar yaradılması yolu ilə bu əməkdaşlığa institusional müstəvi  yaradılması təklif edilir.

Daha sonra iştriakçılar təqdim olunan mövzular üzrə fikir mübadiləsi aparıb, təklif və tövsiyyələrini bölüşüblər.

Tədbirin sonunda gənclər üçün nəzərdə tutulmuş “Mən və Seçkilər” onlayn esse müsabiqəsinin qalibləri elan olunub. Gənclərin seçkilər mövzusunda həssaslığının, məlumatlılığının və seçkilərdə iştriak vərdişlərinin artırılmasına, həmçinin onlar arasında seçki institutuna inamın güclənməsinə nail olmaq məqsədilə həyata keçirilən müsabiqəyə 30-a yaxın gənc öz essesini təqdim edmişdi.

Esselər əvvəlcədən elan olunmuş meyarlar (ideyaya fokuslanma, dəstək/arqumentasiya, üslub, format, qrammatik normalara riayət) çərçivəsində müxtəlif ekspertlər tərəfindən 100 ballıq şkala üzrə qiymətləndirlib. Qiymətləndirmə nəticəsində 3 əsas və 6 həvəsləndirci mükafatın sahibləri müəyyənləşdirilib. Qaliblərə pul mükafatı və sertifikat təqdim olunub.

Related posts

Training on enhancing election skills conducted

admin

MSK prezident seçkilərinin yekun nəticələrini təsdiqləyib

admin

Regional Seçki İştirakçılığı Strategiyası hazırlanır

admin

13 comments

Leave a Comment