Mən və Seçkilər

Gənc seçici – T. Quliyev

Mən və Seçkilər

 

Axşam saatları idi Facebook səhifəsinə daxil olmuşdum. Bir az səhifəyə göz gəzdirdim. Sonra bir post mənim diqqətimi çəkdi. Bu posta daxil oldum və daha ətraflı məlumat aldım. Bir esse müsabiqəsi olduğunu öyrəndim. Həmin günki  yorğunluq, məyusluq o anda üzərimdən qalxdı. Sanki simamdakı qara buludlar getdi və yerinə günəş doğdu. Essenin mövzusu isə məni ayrıca sevindirdi. 11 aprel 2018-ci Prezident seçkilərində gənc seçicilərin fikirləri, rolu altında “Mən və Seçkilər” adlanırdı. Bu mövzu ilə bağlı fikirlərim isə çox maraqlı idi. Mən bu müsabiqədə yer tutmasam da bu mənim üçün çox da üzücü hal olmayacaq. Amma özümə və fikirlərimə inanıram. Belə ki fikrimə inanmayanlar olacaq. Lakin esseyi göstərilən “e-mail”-ə göndərmək, oradakı hörmətli insanların dəyərli vaxtlarını ayırıb esseyi oxuması və mənim fikirlərimi öyrənib dəyərləndirməsi mənim üçün əsl nailiyyət və qalibiyyətdir.

İndi isə bu mövzu ilə bağlı fikirlərimi bildirmək istəyirəm. İlk öncə hər birimizin müxtəlif hüquqlarımız var və bunları da bilmək hər bir vətəndaş, şəxsiyyət üçün ğnəmlidir. Hətta yaşından asılı olmayaraq hal hazırda bağçalarda, ibtidai  siniflərdə belə qısa da olsa hüquqlar haqqında danışılması sevindirici xəbərdir. Vacib hüquqlarımızdan biri də seçki hüququdur. Həqiqətən bu hüquq sanki tam məqamında yaranıb. Deyiləndə belə yüksək tonla, özündən əmin şəkildə deyilməsi bu sözü daha da qüvvətləndirir. Mən bu sözə bir tərif vermək istərdim. Mənə görə seçki-xalqın, əhalinin, cəmiyyətin birgə qərarı ilə alınan doğru və düzgün toplum qərarıdır. Seçki hər bir xalq, respublika, dövlət üçün önəmlidir. Hal-hazırda bir çox ölkələrdə seçki hüququ yoxdur və bu da ölkənin hər cəhətdən inkişafına əngəl yaradır. Bu da xalqın böyük narazılığına, müxtəlif aksiyaların keçirilməsinə gətirib çıxarır. Nəticədə daxili çıkişmələr artır, ölkə günü gündən zəifləyir. Keçmişə nəzər salsaq, görərik ki, demokratik ölkələrdə seçki hüququ yaranana qədərhakimiyyət uğrunda baş verən üsyanlar, çəkişmələr, xalqın narazılığı dövlətin tez parçalanmasına gətirib çıxarır. Bununla yanaşı belə bir vəziyyət əhalinin, xalqın vəziyyətinə də çox pis təsir edir.

Məkanından asılı olmayaraq seçki önəmli bir vasitədir. Buna ən sadə misal olaraq məktəb və ya universiteti misal göstərə bilərik.məktəb və universitetdə sinif nümayəndəsinin seçilməsi belə seçkinin kiçik bir növüdür və bu seçki həvəsi, seçkiyə təşviqin bizdə ta erkən yaşdan abaşladığını bir nümunəsidir. Bu kimi fəaliyyətlər bizə azad seçki hüququ və ondan istifadənin təşfiq olunmasını öyrədir. Bundan başqa mən “Bir könüllü” adlanan təşkilatda  iştirak edirəm və burada koordinator seçiləndə də bu cür seçki yolundan istifadə olunur.

Mən Bakı Mühəndislik Universitetinin “Tərcümə” ixtisasında təhsil alıram. Mən bir mövzuda prezentasiya hazırladım. Bu mövzu seçkilərlə əlaqədar idi. Sonra isə müəllimim məndən soruşdur: Bu mövzunu seçməkdə məqsədin nə idi?  “Gənclərə nəyi işarə etmək istəyirsən” ? Mən bu suala çox sevindim və cavab verdim. Məqsədim gənclərdə öz fikirləri formalaşdıraq, onlara azad seçki hüququ anlayışını bir daha nəzərlərinə çatdırmaq çatdırmaq istəyirdim. Digər bir səbəb isə gənclərin seçkilər mövzusunda həssalığının, məlumatlılığının seçkilərdə iştirak vərdişlərinin artırılmasını, həmçinin onlar arasında seçki institutuna inamın gücləndirilməsini izah etmək idi.

Son olaraq bir vətəndaş kimi demək istəyirəm ki, yaxşı ki azərbaycanlıyam, azərbaycan vətəndaşıyam və önümüzdəki günlərdə də seçkilərdə böyük qürur və həvəslə iştirak edəcəyəm.

 

Tural Quliyev

Related posts

Gənc seçici – X.Hüseynova

admin

Gənc seçici – B.Səmədov

admin

Gənc seçici – R. Məmmədov

admin

Leave a Comment