Mən və Seçkilər

Gənc seçici – E.Cəfərov

Seçkilər: nə üçün əhəmiyyətlidir?

Seçkilərin demokratik idarəetmədə yeri

Demokratiya müasir dövrdə siyasi-hüquqi fikir tarixinin ən əsas ideyalarından biri olmaqla ,müasir dövrdə konstitusionalizmin əsas meyarlarından birinə çevrilmişdir.Bu anlayış bir sira rəhbər müddəaları-prinsipləri özündə ehtiva edir.Demokratiyanın  prinsiplərindən ən mühüm olanları bu prinsiplərdir ki, bunlar da mahiyyət etibarilə xalqın dövlət hakimiyyətini təşkil etməsini nəzərdə tutur .Bu isə öz növbəsində azad və ədalətli seçkilərlə təşəkkül tapır:

  • Xalq hakimiyyətinin, xalqın suverenliyinin tanınması prinsipi. Bu prinsipə görə, hakimiyyətin mənbəyi xalqdır və dövlət bu hakimiyyəti xalqın mənafeyi naminə həyata keçirir. Xalq suverenliyin daşıyıcısı kimi öz dövlətinin taleyini özü həll edir.
  • Əsas dövlət orqanlarının seçkili olması prinsipi. Yəni dövlətin əsas orqanları (qanunverici, icra hakimiyyəti orqanları) xalq tərəfindən seçilir və xalqdan mandat almayan (təyin olunan) bütün digər orqanlar bu seçkili orqanların nəzarəti altında olur.

 

Cəmiyyətin siyasi həyatında seçkilər həmişə aparıcı yer tutmuşdur. Insanlar uzun müddət özlərinə layiqli rəhbər, lider müəyyənləşdirməyin ədalətli formalarını axtarmış, nəhayət, seçki kimi səmərəli forma tapmağa nail olmuşlar. Müasir demokratiyanın atributu kimi ümumi seçki hüququ əsasında həyata keçirilən seçkilər qəbul edilir.

Seçkilər demokratiyanın təməl prinsiplərindən biri olmaqla cəmiyyətin hərtərfli inkişafının təmin edilməsi baxımından bir sıra əhəmiyyətli cəhətlərə malikdir:

  • İlk növbədə,yuxarıda adıçəkilən iki prinsipin seçkilərlə bağlılığını aydınlaşdıraq. Demokratik seçkilər xalq hakimiyyətinin bərqərar olmasına şərait yaradır və «hakimiyyətin mənbəyi xalqdır» prinsipini təsdiq edir.Seçkilərin demokratikliyi hakimiyyət qollarının – qanunverici, icraedici hakimiyyətlərin təşkilinin legitimliyini təmin edir və bu yolla xalq onu idarə edən hakimiyyət orqanlarını onların maraqlarını daha yaxşı əks etdirən namizədlər arasından seçməklə hakimiyyətə nəzarət edir .Nəticə etibarilə,seçkilər xalqın siyasi hakimiyyətdə təmsil olunması və dövlət hakimiyyətində iştirak etməsi  üçün şərait yaradır.Bu yolla isə insan və vətəndaşın ən mühüm hüquqlarından biri həyata keçirilir. 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqlarının Ümumi Bəyannaməsində qeyd olunduğu kimi, xalqın iradəsi hakimiyyətin əsasını təşkil etməkdir.

 

  • Seçkilər müasir demokratik cəmiyyətin əsas göstəricisidir. Demokratiyanın bərqərar olmasının mühüm formasıdır. Xalq hakimiyyətinin təmin edilməsi seçkilər nəticəsində ortaya çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsini əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Seçkilər və referendum zamanı hakimiyyət faktiki olaraq, seçki məntəqələrinə gedərək hakimiyyət orqanlarının nümayəndələrinə səs verən xalqın əlinə keçir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və avtoritar rejim təhlükəsindən qoruyur.
  • Seçkilər hakimiyyətlərin demokratik və sivil yolla təşkili üçün şərait yaradırDövlət daxilində müxtəlif sosial qrupların maraqları bir-birindən fərqlənməklə yanaşı, həm də bəzən tamamilə əks mövqelərə malik ola bilir və buna görə də, seçkilər cəmiyyətdə həmin sosial qrupların demokratik üsulla bir-biriylə mübarizə aparmalarına şərait yaradır.
  • Seçkilər siyasi qüvvələrin azad rəqabətinə imkan verir.Siyasi hakimiyyətə yiyələnmək istəyən hər hansı siyasi qüvvə ümumxalq seçkiləri vasitəsi ilə başqa rəqiblərlə azad şəkildə mübarizə aparır, ona qalib gəlir və mandat alır.
  • Seçki dövlət və xalq arasında etimadı gücləndirirDövlət və vətəndaşın qarşılıqlı əlaqəsi, onların aralarındakı münasibətlərin bağlılıq dərəcəsi burada keçirilən seçkilərin demokratiklik keyfiyyətindən çox asılıdır. Avtoritar ölkələrin bəzilərində də seçkilər keçirilsə də, bu seçkilər qeyri-demokratik şəkildə keçirilir və dövlət hakimiyyəti ictimai rəylə formalaşmır. Həmin dövlətlərdə seçkilər formal xarakter daşıyır.
  • Seçkilərin keçirilməsi xalqın hüquqi düşüncəsinin genişlənməsinə imkan yaradır.Bu vasitə ilə xalqın siyasi aktivliyinin artır və dövlət hakimiyyətində öz rolunu daha yaxşı dərk edir.
  • Seçkilər beynəlxalq sənədlərlə razılaşdırılmış mexanizmdir.Bu hüquq aşağıda göstərilən mühüm büynəlxalq sənədlərdə təsbit olunmuşdur.
  • 1948-ci il tarixli İnsan Hüquqlarının Ümumi Bəyannaməsi ( 21-ci maddə)
  • 1966–cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq pakt (25-ci maddə)
  • 1952–ci il tarixli “İnsan haqları və əsas azadlıqlan haqqında” 1950-ci il Avropa Konvensiyasının birinci əlavə protokolu və s.

Bütün bu arqumentlərdən belə nəticəyə gəlmək olar ki, müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər mühüm rol oynayır və   bu mexanizmin sütünlarının dayanıqlı möhkəm olması dövlətin hakimiyyətinin hüquqi və demokratik yolla təşkilinə və fəaliyyətinə birbaşa təsir göstərir.

 

Elgün Cəfərov

Related posts

Gənc seçici – İ.Qurbanov

admin

Gənc seçici – Ə.Əliyev

admin

Gənc seçici – T. Quliyev

admin

Leave a Comment