how to make money online while sitting at home 10 best easy ways make money online start top 10 methods how to make money on the internet without investments real top 5 ideas how to make money on the phone without investing 10 easy ways
Mən və Seçkilər

Gənc seçici – A.Səlimli

Mən və Seçkilər

Seçki elə prosesdir ki, siz hansısa namizədi siyasi lider olmaq üçün və yaxud da hökuməti idarə etmək üçün seçirsiniz.

Bu baxımdan demokratik sistemlərdə səsvermə ölkənin hansı yolla və kim tərəfindən idarə olunmasını müəyyənləşdirmək üçün ən yaxşı yoldur.

Amma bu haqlar heç də asan əldə olunmayıb. Məlum olduğu kimi ilk səsvermə hələ qədim Yunanıstanda və Romada tətbiq olunub.

Yüz illər ərzində insanlar seçki hüququnu əldə etmək və onu qorumaq üçün çox  çətinliklər dəf ediblər. Bəzi ölkələrdə əvvəl müəyyən elita, digərlərində isə müəyyən peşə sahibləri və başqaları səs verə bilirdi. Amma tarixin uzun sınaqından çıxan ölkələr daim insan haqları uğrunda mübarizə apararaq seçkilərdə səs vermə hüququnun cinsindən, dinindən və sosial statusundan asılı olmayaraq  bütün vətəndaşlara şamil olunmasına nail olublar.

Amma təəsüflər olsun ki, seçki hüququnun belə şətinliklə əldə olunmağına baxmayaraq bir çoxu buna yetərincə dəyər vermir, seçkilərə getmirlər və onlara az maraq göstərirlər.

Bunun da müxtəlif səbəbləri var. Bəziləri əvvəlki seçkilərdə dəstəklədiyi partiyanın qalib olmadığna görə növbəti ildə seçkiyə getməməyə qərar verir, digərləri isə hansısa siyasi liderə mənfi münasibətinə görə ümumilikdə seçki prosesinə mənfi yananaşırlar.

İnsanlar  bəzən fərqinə varmırlar ki, ümumilikdə seçki prosesi hər bir vətəndaş üçündür. Ona görə də hər bir şəxs seçki hüququndan istifadə etməyə çalışmalıdır, çünki əks təqdirdə siz uzun illər ərzində əldə edilmiş hüquqların üstündən az qala xətt çəkirsiniz.

Hətta bir səs belə seçkinin müqəddəratını dəyişə bilər. Ona görə də seçkidə iştirak etməmək ölkənin gələcəyinə biganə yanaşmaq deməkdir.

2016-cı il 23 iyun tarixində Birləşmiş Krallıqda “brexit” referandumu keçirildi.  Krallıq əhalisinin 51.89%-i, yəni 17410742 nəfəri Avropa Birliyini tərk etmək, 48.11%-i, yəni 16141241 nəfəri isə Avropa Birliyində qalmaq qərarı verdi.

“Brexit” tərəfdarları 3.78 %-lə, yəni cəmi 1269501 səs çoxluğu ilə qalib gəldi. Ancaq gəlin seçkidə iştirakın nəticələrinə baxaq.

Birləşmiş Krallıq əhalisinin cəmi 72.21%- i seçkilərdə iştirak etdi. Əhalinin 27.79 %-i, nə az, nə çox, 17895513 nəfər seçkidə səs verməkdən imtina etdi. Bu isə seçkinin taleyini həll etmiş 3.78% həlledici səs çoxlugdan düz 7 dəfə çoxdur! Bu sayda insan ölkənin gələcəyi ilə bağlı məsələyə nəinki təsir edə bilərdi, hətta onu tamamilə öz xeyirlərinə dəyişə bilərdilər. Amma onlar bunu etmədi və 3.78% fərqin verdiyi qərar artıq onların da gələcək taleyinə təsir edəcək, bu iqtisadiyyatın müxtəlif  sektorlarında, təhsil, biznes və səhiyyə sahəsində təsirini göstərəcək və eləcə də ölkənin gələcək siyasətinə də təsir edəcək.

Digər nümunə kimi 2015- ci il 10 – 24 may tarixlərində Polşada keçirilən prezident seçkilərinə nəzər sala bilərik.

2-ci turda keçirilən və ,,Qanun və Ədalət’’ partiyasından namizəd olan Andrzej Duda 51.5% , yəni 8630627 səslə rəqibi “Müstəqillik” partiyasından olan Bronislow Komorowski (48.5 faiz, yəni 8112311 səs!)  üzərində qələbə çaldı. Beləcə, Duda 3 faiz səs çoxluğu ilə, yəni 518316 səslə qələbə çaldı.

Seçkidə seçici aktivliyi 55.34 % olmuşdur. Yəni əhalinin səs vermə hüququna malik şəxslərinin 44.66 faizi, yəni 13511738 nəfər seçkidə iştirak etmədi. Bu isə seçkidəki 3 faiz həlledici çoxluqdan düz 14 dəfə çoxdur!

Faktlardan da anlaşıldığı kimi, seçki prosesi bəzi vətəndaşlara önəmsiz görünə bilər, amma onlar anlamalıdır ki, onların hər birinin bircə səsi ölkənin gələcəyinə böyük töhvə verə bilər.

Amma ölkənin gələcəyi və digər məsələlərlə bağlı bütün yükü seçkidə iştirak etməyənlərin üzərinə atmaq da istəməzdik. Biz müyyən araşdırmalar aparmalı, bəzi vətəndaşların niyə seçkidə iştirak etmədiyini başa düşməyə çalışmalı və bunun həll yollarını təklif etməliyik.

1.Maraq azlığı

Seçici siyahısında elə şəxslər olur ki, onlar, ümumiyyətlə, siyasətə maraq göstərmirlər. Azərbaycanda da əhalinin bir hissəsi, ümumiyyətlə, siyasətlə maraqlanmır və hətta siyasi xəbərləri də izləmirlər.

Problemin həlli üçün qeyri-hökumət təşkilatları və digər qruplar sadə video-çarxlarla, animasiyalarla, digər əyani vasitələrlə insanlara seçkinin niyə vacib olduğunu, bunun əslində siyasət olmadığını və onlar üçün heç bir təhlükə kəsb etmədiyini izah etməlidirlər.Çünki bəziləri hesab edir ki, əgər onlar seçkilərdə iştirak eləsələr siyasi proseslərə qatılmış sayılarlar. Bu isə onların sosial statusuna ziddir.

2.Yetərincə biliyin olmaması

Bu da faktdır ki, dünyada insanlarin çoxunun siyasi proseslərlə bağlı biliyi cox zəifdir.

2015-ci il 13 apreldə İngiltərədə aparılan sorğunun nəticələrinə görə insanların 60 faizinin siyasi biliyi yox səviyyəsindədir. Onlardan bəzisi namizədləri tanımır, digərləri isə ölkələrində kimin nazir olmasından belə xəbərsizdir. Təəssüf ki, belə bir hal digər ölkələr üçün də xarakterikdir.

Azərbaycanda da siyasi biliklər yük səviyyədə deyil. Bəs bu marağı artırmağın həll yolları nədir? Bunu aşağıda izah etməyə çalışacığ.

3.Qeyri-məmnunluq və effektsizlik

Yuxarıdakı suala cavab kimi qeyd edək ki, insanların böyük əkəsiryyəti seçkilərin effektiv olmamasından şikaəyət edir. Misal üçün apardığım kiçik araşdırmaya əsasən deyə bilərəm ki, Azərbaycanın bir çox universitetində “Tələbə məclisi” sədri vəzifəsinə seçki keçirilir. Demək olar ki, seçkilər bir çox universitetdə tamam şəffaf keçirilir. Amma yenə də tələbələr ona yüksək maraq göstərmirlər.

Bunu əsaslandırmaq üçün tələbələr seçilmiş prezidentin onların əsas problemlərini həll edmək iqtidarında olmadığını deyirlər. Tələbə birliyinin prezdienti müəyyən tədbirləri təşkil  edir. Amma tələbələrin imtahanla, dərs sistemi ilə bağlı problemlərini həll edə bilmir və bunun  üçün səlahiyyəti yoxdur.

Tələbələr də cəmiyyətin bir kəsimi olduğu üçün deyə bilərik ki, ümumilikdə tələbələrin prezident seçkilərinə marağının azlığının səbəbi odur ki, seciləcək şəxsin onların problemlərini effektiv həll etmək iqtidarında olmadığını düşünürlər.

Buna görə də seçkilərdə namizədliyini irəli sürən siyasətçilər bu işdə daha diqqətli və konkret olmalı və vədlərini daha real əsaslara söykənməklə seçicilərinə təqdim etməlidirlər.

5.Səsimin oğurlanması problemi

Bu problem dünyanın ən demokratik ölkələrində də var. Müəyyən qrup insanlar hesab edirlər ki, kimsə seçkilərin nəticələrini “yuxarı”dan idarə edir və prezidenti  hansısa ,,qaranlıq qüvvələr’’ seçir və onların səsləri oğurlanır. Bu da yanlış bir təbliğatın nəticəsidir ki, dünyada bəzi mərkəzlər daim belə dezinformasiya yayırlar ki, bu, da siyasi biliyi zəif olan elektorata təsir edir.

Problemin texniki həlli üçün seçki məntəqələrinin hamısı video-müşahidə kameraları ilə təchiz olunmalı, ən yeni texnologiyalardan istifadə edərək seçkinin tam şəffaflığını təmin edilməlidir.

Həmçinin qeyri hökumət təşkilatları və digər ictimai birliklər seçiciləri  informasiyalandırmalıdır ki, seçkini tamamilə bir nəfər və ya qrup idarə edə bilməz – bu, ən əsası texniki cəhətdən mümkün deyil. Onlar anlamalıdırlar ki, seçki prosesində on minlərlər müşahidəçi, qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, cəmiyyətin fəalları, təhlükəsizlik orqanlarının əməkdaşları olur. Bütün bunların olduğu bir prosesdə seçkinin yenə də bir şəxs tərəfindən manipulyasiya olunması boş bir şayədir. Əgər onlar əmindirlərsə ki,  səsləri oğurlanır, onda belələrinə hüquqi prosedurlar izah olunmalıdır ki, başa düşsünlər ki, səsləri oğurlanırsa, hökuməti və seçki keçirən qurumu məhkəməyə verərək öz haqqlarını təmin edə bilərlər.

Bunun üçün qeyri-hökumət təşkilatları, ictimai birliklər belə şikayətləri qrup şəklində, sistemli qaydada toplayaraq məhkəməyə müraciət etməlidirlər.

Ümumilikdə, düşünürəm ki, insanların siyasi biliyinin artması ilə və texnologiyanın inkişafı ilə seçkidə iştirak, – seçici fəallığı problemi gələcəkdə öz həllini tapa biləcək.

Amma bütün texniki məsələlərdən başqa insanlar seçkinin sosial məsuliyyətini anlamalıdırlar. Bu məsələdə də ən böyük məsuliyyət yenə də bizim – vətəndaşların  üzərinə düşür. Biz daim tanıdığımız insanları bu məsələlərlə bağlı məlumatlandırmalıyıq, ciddi maarifçilik işi aparmalıyıq, çünki belə bir deyim var: demokratiya azad və savadlı xalqın hakimiyyətidir…

Aydın Səlimli

Related posts

Gənc seçici – S. Mütəllimzadə

admin

Gənc seçici – R.Quliyeva

admin

Gənc seçici – E. Eminbəyli

admin

2 comments

Leave a Comment