how to make money on cryptocurrency 20 proven ways how much youtuber earned 15 legitimate ways 5 simple ways remote work at home top 8 methods how to make millions of dollars
Xəbərlər

Konstitusiya günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il keçir. Məhz, 1995-ci il 12 noyabr tarixində keçirilmiş referendumda 91.9% seçici konstitusiyanın lehinə, 6.63% isə əleyhinə səs vermişdi.

5 bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiyaya 2002, 2009, 2016-cı illərdə referendum vasitəsilə müxtəlif məzmunlu dəyişikliklər olunub

2002-ci il referendumu

2002-ci il referendumunda əsas iki məsələyə diqqət edilirdi və mübahislər əsasən bu məsələlər üzərində gedirdi:

Birincisi, proporsional seçki sisteminin ləğv edilməsi. Əvvəllər Milli Məclisə seçkilər(1995 və 2000-ci il seçkiləri) qarışıq sistemlə keçirilirdi (100 namizəd majoritar, 25 namizəd proporsional üsulla). Bu referendumdan sonra proporsional sistem ləğv edildi və bütün mandat sahibləri majoritar üsulla seçilməyə başlandı.

Digər məsələ respublikada ikinci şəxsin baş nazir olması idi. Bu referenduma qədər Azərbaycan Respublikasının prezidenti istefa verdikdə və ya başqa səbəblərdən öz səlahiyyətlərini yerinə yetirə bilməyəndə, onun bu səlahiyyətlərini Milli Məclisin sədri həyata keçiridi. Referendumdan sonra bu status Azərbaycan Respublikasının Baş Nazirinə verildi.

Bunlardan başqa, konstitusiyaya hər kəsin Konstitusiya Məhkəməsinə müraciət edə bilməsi ilə bağlı maddə də əlavə edildi.

Ümumilikdə 2002-ci il referendumunda prezident tərəfindən konstitusiyaya 24 əlavə və dəyişiklik təklif edilmiş və hamısı qəbul olunmuşdu.

2009-cu il referendumu

18 mart 2009-cu il tarixinə təyin edilmiş referendumda Konstitusiyaya 29 əlavə və dəyişiklik təklif olunmuşdu. Qeyd edək ki, bu dəyişikliklər Milli Məclis tərəfindən təklif olunub.

Referendumda mübahisə doğuran əsas məsələ prezidentin iki dəfədən artıq seçilə bilməməsi ilə bağlı maddənin konstitusiyadan çıxarılması oldu. Rəsmi nəticələrə görə, həmin maddə ən çox – 91.76% səslə qəbul olunub (digər maddələr 87-89% səslə qəbul edilmişdi).

Bundan başqa referendumda Azərbaycan Respublikası vətəndaşlarına qanunvericilik təşəbbüsü hüququ verilirdi. Belə ki, bu referendumdan sonra artıq seçki hüququ olan 40.000 vətəndaş qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərdi.

Referendumda bəzi redaktə xarakterli dəyişikliklər də mövcud idi. Məsələn, “Prezidentin İcra Aparatı” sözü “Prezident Adminstrasiyası” ilə, “Milli Bank” sözü “Mərkəzi Bank” sözü ilə əvəz olundu

2016-cı il referendumu

Keçən il 26 sentyabr tarixinə təyin olunmuş referendumda səsverməyə çıxarılan 29 maddədən ibarət əlavə və dəyişikliklər Prezident tərəfindən irəli sürülmüşdü.

Bu referendumla siyasi sistemdə vitse-prezidentlik institutu yaradıldı və əsas müzakirə olunan məsələlələrdən biri də vitse-prezidentin birbaşa prezident tərəfindən təyin olunması idi. Vitse-prezident həmçinin prezident istefa verdikdə və ya hansısa səbəbdən vəzifəsini yerinə yetirə bilmədikdə onun səlahiyyətlərini icra edə biləcək.

26 sentyabr referendumu ilə prezidentə parlamenti buraxılma səlahiyyəti verildi, deputat və prezident seçilmək, baş nazir təyin olunmaq üçün tələb olunan yaş məhdudiyyəti ləğv olundu, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırıldı və ona növbədənkənar prezident seçkiləri təyin etmə səlahiyyəti verildi (rəsmi nəticələrə görə, son maddə ən çox səs faizi toplamışdı -91.15%)

Qeyd edək ki, bu referendumda digərlərindən fərqli olaraq, əks tərəf (müxalifət) təşviqat qrupu formalaşdıra bilməmişdi. Digər təşviqat qrupları isə pulsuz efir vaxtından imtina etmişdilər

Referenduma çıxarılmış bütün məsələlər 84-91% aralığında səs toplayaraq qəbul edilmişdi.

Related posts

2018-ci ildə prezident seçkilərinin keçirilməsinə ayrılacaq vəsaitin məbləği məlum olub

admin

Seçkilərdə imza vərəqləri ilə bağlı bəzi prosedurlar müəyyənləşir

admin

Sloveniyada prezident seçkilərinin ikinci turu baş tutub

admin

8 comments

Leave a Comment