Press Reliz Xəbərlər

Sloveniyada Prezident seçkiləri keçirilib

Sloveniyada 22 oktyabr tarixində keçirilmiş prezident seçkilərində heç bir namizəd yetərsay (50%+1) əldə edə bilməyib. Seçkilərdə favorit namizəd kimi çıxış edən hal-hazırki prezident Borut Pahor 47% səs toplayıb. Ümumilikdə 9 namizədin iştirak etdiyi seçkilərdə ikinci ən çox səs toplamış namizəd keçmiş komediya aktyoru Maryan Sarec oldu – 25%. Ölkədə 1.7 milyon seçici olsa da, aktivlik 47% olub.
12 noyabr tarixində seçkilərin ikinci turu keçiriləcək və ən çox səs toplamış iki şəxs bu seçkilərdə iştirak edəcək. Rəy sorğularının nəticələrinə görə hal-hazırki prezidentin seçilmə şansı daha çoxdur.

 

Related posts

Seçki bacarıqlarının artırılması üzrə təlim keçirilib

admin

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi müddəti 3 aydan 2 aya endirilir

admin

Konstitusiya günü

admin

5 comments

Leave a Comment